Fransa polisləri jurnalistləri saxladı

14:52 15 İyun 2016

Avropa Çempionatında Fransa polisi ilə ruslar arasında daha bir qalmaqal yaşanıb.


Təhlükəsizlik qüvvələrinin əməkdaşları Şimal qonşularımızın bir neçə jurnalistini saxlayıb.


Məlumata görə heç bir səbəb göstərilmədən "Çempionat", TASS, "Sport-Ekspress" və "Matç TV"nin müxbirlərinin akkreditasiyaları müsadirə olunub.


Jurnalistlər 20 dəqiqə sonra sərbəst buraxılıb. Polislərin belə bir addım atmasının səbəbi haqda məlumat verilməyib.


Digər xəbərlər

Xəbər xətti