"Fənərbaxça"nın futbolçusu "İnter"lə razılıq əldə etdi

15:10 15 İyun 2016

Daha bir futbolçu "Fənərbaxça"nı tərk etmək üzrədi. 

 

Sportarena.az xəbər verir ki, komandanın portuqaliyalı yarımmüdafiəçisi Luis Nani klubdan ayrılmaq qərarına gəlib.

 

Artıq 30 yaşlı futbolçunun hansı kluba gedəcəyi də məlumdur. Belə ki, Nanı İtaliya "İnter"i ilə ilkin razılıq əldə edib. Avropa çempionatının bitməsindən sonra, tərəflər arasında 3 illik rəsmi müqavilənin imzalanaacağı gözlənilir.

 

Qeyd edək ki, Nani "Fənərbaxça"ya 2015-ci ildə "Mançester Yunayted"dən transfer olunub.


Digər xəbərlər

Xəbər xətti