"Avro-2016"nın qrup mərhələsində İslandiya ilə oyun Portuqaliya millisinin futbolçusu Kriştian Ronaldo üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, kapitan 1:1 hesabı ilə başa çatan qarşılaşmada 127-ci dəfə Portuqaliya millisinin heyətində oyuna çıxıb.
O, bununla da Portuqaliya millisinin əfsanəsi Luiş Fiqunun rekordunu təkrarlayıb. Ronaldo iyunun 18-də Avstriya ilə görüşə çıxacağı halda isə, mütləq rekorda sahib olacaq.
Qeyd edək ki, Ronaldo yığmasının heyətində 58 qola sevinib.