İslandiya ilə bərabərlikdən sonra portuqaliyalı Kriştiano Ronaldo “rəqib sanki Avropa çempionu olmuş kimi sevinirdi” sözlərini demişdi. İslandiyanın futbolçusu Karne Arnasson isə bu sözlərə belə cavab verib.
“Ronaldo, bəxti gətirməyən yazığın biridir. Ronaldo uduzmaq istəmirdi. Bizim komandadan nə gözləyirdi ki? Fikirləşirdi ki, meydanda “Barselona” ola bilər? Biz turnirin autsayderiyik və autsayder kimi də oynayıdıq. Buna baxmayaraq, biz matçı hətta uda da bilərdik. Amma bəxtimiz gətirmədi. Biz meydanda Kriştianoya çox fikir vermirdik. Təbii ki, ona nəzarət edirdik. Amma bir futbolçuya görə bütün oyun planını dəyişmək ağılsızlıq olardı. Biz çalışdıq ki, o, daim nəzərətdə olsun, bunu da bacardıq”.