"Avro-2016"nın A qrupunda keçirilən Fransa - Albaniya matçının (2:0) ən yaxşı futbolçusu məlum olub.
Sportarena.az xəbər verir ki, bu ada meydan sahiblərinin futbolçusu Dimitri Paye layiq görülüb.
Qeyd edək ki, çempionatın açılış matçında Rumıniyanın qapısına gözəl qol vuran və oyunun ən yaxşı futbolçusu seçilən Paye bu matçda da fərqlənməyi bacarıb. 29 yaşlı yarımmüdafiəçi matçın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə komandasının ikinci qolunu vurub.