Türkiyəni Çempionlar Liqasında təmsil edəcək “Beşiktaş” klubu yay fasiləsində ilk transferini həyata keçirib.
Ötən mövsüm “qara qartallar”da icarə əsasında çıxış edən “Hannover”in braziliyalı futbolçusu Marselo ilə bir illik müqavilə imzalanıb.
Bunu “Hannover”in idman direktoru Martin Bader klubun saytına açıqlamasında deyib.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi ötən mövsüm İstanbul klubunun heyətində 16 oyuna çıxıb və 2 qol vurub.