Türkiyə millisinin baş məşqçisi Fatih Terim oyundan öncə olan mətbuat konfransında tərcüməçiyə əsəbiləşərək zalı tərk edib.
Sportarena.az xəbər verir ki, buna səbəb tərcüməçinin türkiyəli jurnalistin sualının ingilis dilinə tərcümə edilməməsi olub.
Terim tərcüməçiyə əsəbiləşərək "burda çoxlu sayda əcnəbi vətəndaş var, sualları ingilis dilinə çevirməlisən" deyərək mətbuat zalından çıxıb.