Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran Prisinin sərbəst yürüşü zamanı qəza baş verib.
Sportarena.az xəbər verir ki, hadisə trekin 15-ci döngəsində yaşanıb.
Belə ki, "Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo dönərkən divara çırpılıb. Nəticədə bolidin arxa və ön sağ təkərləri sıradan çıxıb.
Qeyd edək ki, qəzada xəsarət almayan pilot mübarizəni dayandırıb.