Türkiyə millisinin kapiatnı Arda Turan İspaniya ilə oyundan öncə keçirilən mətbuat konfransını yarımçıq tərk edib.
"Barselona"nın yarımmüdafiəçisi "Avro-2016"nın ilk turunda Xorvatiyaya qarşı matçda zəif çıxışına dair səslənən tənqidi fikirlərə etiraz edib. Bundan sonra o, mətbuat konfransını tərk edib.
Xatırladaq ki, baş məşqçi Fatih Terim də mətbuat konfransını yarımçıq tərk etmişdi.