"Qarabağ" fitnesdə başladı - FOTOLAR

17:10 17 İyun 2016

Dünən təlim-məşq toplanışı üçün Avstriyaya yollanan "Qarabağ"ın axşam saatlarında məskunlaşacağı otelə çatdığı və axşam yeməyindən sonra istirahət etdiyi barədə məlumat vermişdik.


Sportarena.az xəbər verir ki, Ağdam klubu bu gündən etibarən məşqlərə start verib.  Futbolçular bugün yerli vaxtla 12:00-da (Bakı vaxtı ilə 14:00) ilk məşqinə çıxıb. İlk məşq fitnes zalında baş tutub. Komanda trenajor məşqləri bir saat davam edib.


Əvəzedici heyətin bir neçə üzvü də təlim-məşq toplanışında iştirak edir. Onu da qeyd edək ki, fərqli milli komandalarda forma geyinən futbolçular iyunun 19-da təlim-məşq toplanışına yollanacaq. Komanda 3 legioner futbolçusu: Reynaldo Silva, Riçard Almeyda və Migel Madera isə bu gün komandaya qoşulacaq.


Qeyd edək ki, “Qarabağ”ın növbəti məşqi bu gün axşam saatlarında reallaşacaq. Yerli vaxtla 19:00-da start götürəcək məşq səhərkindən fərqli olaraq meydançada baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti