"Hər zaman ən pis ehtimalı düşünməlisiniz. Türkiyə çox təhlükəli komandadır. Ona görə də diqqətli oynamağa məcburuq".
Bu sözləri İspaniya millisinin baş məşqçisi Visente del Boske deyib.
"Avro-2016"da bu gün Türkiyə ilə qarşılaşacaqları oyun haqda danışan ispaniyalı mütəxəssis bu oyundan da qələbə ilə ayrılaraq 1/8 finala vəsiqəni təmin etmək istədiklərini bildirib:
"Rəqibimiz mütləq qələbə qazanmaq istəyəcək. Bu da bizim üçün təhlükə yaradacaq. Ancaq biz də qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin etmək istəyirik. Oyuna hazır 23 futbolçumuz var. Aralarından ən yaxşı "11"liyi seçəcəyik".