"Avro-2016"nın E qrupunda keçirilən İtaliya – İsveç matçının (1:0) ən yaxşı futbolçusu məlum olub.
İtaliya millisinin futbolçusu Eder matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, 90 dəqiqə meydanda olan Eder matçın 88-ci dəqiqəsində vurduğu qolla komandasına 3 xal qazandırıb. İtaliya yığması bu qələbə sayəsində 1/8 finala vəsiqəni təmin edib.