"Atletiko" "Napoli"nin hücumçusu Qonzalo İquayn üçün təklif göndərməyə hazırdır.
Sportarena.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilcisi futbolçu üçün "Napoli" klubuna 60 milyon avro təklif edəcək. Bundan əlavə, "Atletiko" yarımmüdafiəçisi Matias Kranevtteri də "Napoli" klubuna göndərəcək.
Lakin, müqavilə ilə "Napoli" klubuna məxsus olan İquaynın təzminat qiyməti 94 milyon avro təşkil edir.
Qeyd edək ki, cari mövsüm İtaliya A Seriyasında "Napoli" forması ilə 35 oyuna çıxan Q.İquayn 36 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.