Hazırda davam edən Formula 1 üzrə Avropa Qran-prisinin sərbəst yürüşündə qəza baş verib.
Sportarena.az xəbər verir ki, "Force İndia" komandasının pilotu Serxio Perez xoşagəlməz hadisə ilə üzləşib.
Belə ki, dönmə əməliyyatı yerinə yetirərkən Pilot bolidini 14-cü döngədə trekin ətrafındakı təhlükəsizlik hasarına vurub. Lakin S.Peres xəsarət almayıb.