Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Sportarena.az xəbər verir ki, “Rostov” klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb. Kamran Quliyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Xaqani Sadıxov və Şakir Seyidov fərqlənib.
Qeyd edək ki, millimiz təlim-məşq toplanışı zamanı ilk oyununu Rostovu təmsil edən OİK-2 komandasına qarşı keçirmişdi və 3:1 hesablı qələbə qazanmışdı.