Bu gün "Avro-2016"nın qrup mərhələsində Portuqaliya Avstriya ilə qarşılaşır.
Sportarena.az-ın məlumatına görə, bu matç Portuqaliya millisinin hücumçusu Kriştian Ronaldo üçün əlamətdar olub. Belə ki, 31 yaşlı futbolçu bu matçın start heyətində yer alaraq Portuqaliya millisi ilə 128-ci matçına çıxıb.
Bu göstərici ilə o, Portuqaliyanın əfsanəvi futbolçusu Luis Fiqonu geridə qoyaraq millinin heyətində ən çox oyun keçirmiş futbolçu olub.
Qeyd edək ki, 2003-cü ildən Portuqaliya millisinin heyətində çıxış edən Ronaldo, keçirdiyi 127 matçda 58 qol vurub.