Bu gün "Avro-2016"da qrup mərhələsinin III turuna start veriləcək.
Sportarena.az xəbər verir ki, III turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı A qrupunda yer alan İsveçrə və Fransayığmaları arasında keçiriləcək. Fransanın 1/8 final mərhələsinə vəsiqəni təmin etdiyi üçün, bu matç onlar üçün formal xarakter daşıyacaq.
Günün son matçı da eyni qrupda keçiriləcək. Belə ki, qrupun müvafiq olaraq 3-cü və 4-cü yerlərini bölüşən Rumıniya və Albaniya milliləri güclərini sınayacaqlar. "Qarabağ"ın futbolçusu Ansi Aqollinin də heyətində yer aldığı Albaniya millisi bu matça qələbə qazanıb, 3-cü yerə yüksəlmək niyyətindədir.
19 iyun
A qrupu
23:00. İsveçrə - Fransa 0:0
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Marko Frits (Almaniya)
Lill. “Pyerr-Morua” stadionu
23:00. Rumıniya - Albaniya 0:1
Baş hakim: Pavel Kraloveç
Yan xətt hakimləri: Roman Slişko, Tomaş Mokruş
Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (hamısı Çexiya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Lion. Şəhər stadion