Buffon İrlandiyaya qarşı oynamayacaq?

14:12 19 İyun 2016

İtaliya millisinin qolkiperi Canluici Buffon "Avro-2016"da qrup mərhələsinin son turunda İrlandiya millisinə qarşı oynaya bilər.


Sportarena.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, buna səbəb futbolçunun qızdırmasının olmasıdır. Belə ki, o, komandanın bugünkü məşqində də iştirak etməyib. Bu səbəbdən futbolçunun İrlandiyaya qarşı oynayıb-oynamayacağı məlum deyil.

Məlumata görə, futbolçunun İsveçlə matçdan öncə də hərarəti yüksək olub. Lakin o, meydana çıxmaq istəyib.

 

Qeyd edək ki, İtaliya - İrlandiya matçı iyun ayının 22-si keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti