AÇ-2016-nın D qrupunda qərarlaşan Xorvatiya millisi 3-cü turda İspaniya ilə üz-üzə gələcək.
Sportarena.az xəbər verir ki, milli komandamızın xorvatiyalı baş məşqçisi Robert Prosineçki matçla bağlı fikirlərini bidlirib: "Bu oyun qrupun liderini müəyyənləşdirəcək. Xorvatiyadan cəsarətli oyun gözləyirəm. Artıq İspaniya növbəti mərhələyə vəsiqəni təmin edib. Çexiya ilə oyunda qələbəni son anda verdik. Çexlər həqiqətən də turnirdə yaxşı iştirak edirlər. Bu oyuna 1 xal üçün deyil, qələbə qazanmağa görə çıxmaq lazımdır. Qrupu lider kimi də başa vura bilərik. Amma İspaniya çox güclüdür".
Qeyd edək ki, Xorvatiya qrupda keçirdiyi 2 oyundan sonra 4 xal toplayıb və 2-ci pillədə qərarlaşıb.