Niko Rosberq Avropa Qran-prisinin qalibi oldu

21:05 19 İyun 2016

Bakıda keçirilən "Formula 1" üzrə Avropa Qran-prisi başa çatıb.

 

Sportarena.az xəbər verir ki, "Mercedes" komandasının pilotu Niko Rosberq yarışın qalibi olub.


İkinci yeri "Ferrari"dən Sebastayn Fettel (+16.6), üçüncü yeri isə "Force India"dan Serxio Peres (+25.2) tutub.


"Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb.


"Toro Rosso" komandasının hər iki pilotu - Daniil Kvyat 6-cı, Karlos Sayns 33-cü döngədə mübarizəni dayandırıb. Həmçinin "Manor"un pilotu Paskal Verlayn 40-cı döngədə trasdan çıxıb. "McLaren" pilotu Fernando Alonso isə 42-ci döngədə boksa girib.


Digər xəbərlər

Xəbər xətti