Portuqaliya millisinin kaöpitanı Kriştiano Ronaldo uğursuz Avstriya oyunu sonrası açıqlama verib.
“Portuqaliya millisində ən çox oyun keçirən futbolçu olduğum üçün şadam. Əfsanəvi Figo’nu geridə qoydum və əminəm ki, o da bununla fəxr edir. Lakin belə oyunu bu cür keçirmək istəməzdim. Komandamız yenə qalib gələ bilmədi. Özümü yaxşı hiss etmirəm.
Bu futboldur. Mən çox vəziyyətlərdən istifadə edə bilmədim həmçinin komanda yoldaşlarım. Biz növbəti oyunda ən yaxşı oyunumuzu ortaya qoyacağıq. Qələbə qazansaq növbəti məhələyə vəsiqə qazanacağıq və buna inanırıq”.