Türkiyə qrupdan necə çıxa bilər?

10:10 20 İyun 2016

Türkiyə yığması ilk iki turdakı məğlubiyyətləri ilə həm milyonlarla insanı üzdü, həm də öz vəziyyətini qrupda demək olar ki, çıxılmaz etdi. Ümid yalnızca yeni reqlamentdəki ən yaxşı 3-cü yerlərədir.

Yeni reqlamentə əsasən 1/8 finala 6 qrupdan 4-ünün ən yaxşı 3-cü yer sahibləri də qatılacaq.

Türkiyəyə bu 4 komanda arasında olması üçün son turda mütləq Çexiya millisini məğlub etməlidir. Özü də heç olmasa 2 top fərqi ilə. Burda təbii ki, digər qruplardakı vəziyyət də maraqlıdır. Albaniyanın Rumıniyanı məğlub edib 3 xala yiyələnməsinə baxmayaraq tüklərin lazımi hesabla qalibiyyəti nəticəsində Albaniyanı geridə qoya bilər Fatih Terimin yetirmələri.

Şimali İrlandiyanın Almaniyaya 5 top fərqi ilə uduzması real görünmür, eləcə də Macarıstanın Portuqaliyanı məğlub edəcəyi. Amma əgər İtaliya İrlandiyanı, Belçika isə İsveçi məğlub etsə, Türkiyə bu qrupdakı 3-cünü də geridə qoyaraq yoluna davam edə bilər.


Digər xəbərlər

Xəbər xətti