"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu - YENİLƏNİB

14:12 20 İyun 2016

Bu gün Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək püşkatmada son Azərbaycan çempionu “Qarabağ” qitənin bir nömrəli yarışında rəqibini tanıyacaq.

Qurban Qurbanovun komandası mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

 Qeyd edək ki, “Qarabağ”ın II təsnifat mərhələsində ilk oyununu iyulun 12-13-də, cavab matçını isə 19-20-də keçircək.

 

Çempionlar Liqası

 

I təsnifat mərhələsi

Səpələnmişlər: TNS (Uels), “Flora” (Estoniya), “Valletta” (Malta), “Santa Koloma” (Andorra)
 
Səpələnməmişlər:
 “Torshavn” (Farer adaları), “Linkoln” (Cəbəllütariq), “Alaskert” (Ermənistan), “Tre Penne” (San-Marino)



II təsnifat mərhələsi

I qrup

Səpələnmişlər: "Zalsburq” (Avstriya), "Dinamo” (Zaqreb, Xorvatiya), "Trençin” (Slovakiya), "Şerif” (Moldova)

"Qarabağ” (Azərbaycan) - “Ddüdelanj” (Lüksemburq) 

Səpələnməmişlər: “Hapoel” (Beyer-Şeva, İsrail), “Liepaya” (Latviya), “Olimpiya” (Sloveniya),   “Vardar” (Makedoniya)


II qrup 

Səpələnmişlər: APOEL (Kipr), "Legiya” (Polşa), "Ludoqorets” (Bolqarıstan), "Astana” (Qazaxıstan), "Skenderbeu” (Albaniya), "Dinamo” (Tiflis, Gürcüstan)

Səpələnməmişlər: “Ferensvaroş” (Macarıstan), “Zrinski” (Bosniya və Herseqovina), “Mladost” (Monteneqro), “Jalgiris” (Litva), I təsnifat mərhələsinin qalibi - 2, I təsnifat mərhələsinin qalibi - 4


III qrup 

Səpələnmişlər:  "Seltik” (Şotlandiya), BATE (Belarus), "Kopenhagen” (Danimarka),"Rusenborq” (Norveç), "Hafnarfyorfur” (İslandiya), "Srvena Zvezda” (Serbiya)
 
Səpələnməmişlər: “Dandalk” (İrlandiya), SJK (Finlandiya), “Norçepinq” (İsveç), “Kruzaders” (Şimali İrlandiya), I təsnifat mərhələsinin qalibi - 1, I təsnifat mərhələsinin qalibi - 3


Digər xəbərlər

Xəbər xətti