Türkiyə yığmasında şok olaylar: Terim 3 futbolçunu sildi

12:53 20 İyun 2016

Türkiyə millisində böhran davam edir. Xorvatiya və İspaniya matçlarından sonra baş məşqçi və futbolçuların hədəfə halına gəlməsinin ilginc səbəbləri ortaya çıxıb. 

Sportarena.az xəbər verir ki, "Sözcü" qəzeti bu gün baş verənlərlə bağlı geniş yazı dərc edib. Yazının maraqlı məqamlarını təqdim edirik.

Qəzet yaxır ki, seçmə mərhələdə keçirilən İslandiya ilə matç üçün əvvəlcədən 350 min avro mükafat müəyyənləşdirilib. Bu oyunda Avropa çempionatına vəsiqə qazanıldığından Türkiyə Futbol Federasiyası (TFF) məbləği 500 min avroya qaldırıb. Lakin sonradan mükafatın 300 min avrosu verilib. Bundan sonra isə futbolçular etiraz edib. TFF prezidenti Yıldırım Dəmirören bu hadisəyə çox əsəbləşsə də, Xorvatiya matçından öncə qalan 200 min avronu futbolçuların hesabına köçürüb.

İspaniya matçında Arda Turan tribunalar və sosial medianın hədəfinə çevirilsə də, Yıldırım Dəmirören və və Fatih Terim susqunluğunu pozmadı. İddia olunur ki, Yıldırım Dəmirören bununla qisas alıb. Belə ki, o, baş verənlərlə bağlı mətbuata məlumat ötürüb və futbolçuları hədəf halına gətirib. Fatih Terim isə bu olaylardan sonra Səlcuk İnan, Caner Erkin və Burak Yılmazın üstündən xətt çəkib.

"Sözcü" iddia edir ki, Arda Turan Çexiya ilə matçdan sonra milli karyerasına son qoyacaq. Caner Erkin, Burak Yılmaz və Emre Belözoğluna Arda Turanın sözlərini çatdıran Səlcuk İnan da milliyə çağırılmayacaq.

Xatırladaq ki, Türkiyə yığmasında "mükafat böhranı" ilk dəfə yaşanmır. Belə ki, "AVRO-2000"ə vəsiqə qazanan millinin üzvlərinə "Cip" markalı avtomobil sözü verilmişdi. Lakin federasiya vədini yerinə yetirməmişdi. Bundan sonra Hakan Şükürlə TFF arasında problemlər yaranmış, digər futbolçular da mübahisələrə qoşulunca, məşhur "Cip qalmaqalı" baş qaldırmışdı. Sonradan Haluk Ulusoyun rəhbərlik etdiyi federasiya bütün futbolçulara lüks avtomobil vermişdi. - 


Digər xəbərlər

Xəbər xətti