“Zenit”in yeni baş məşqçisi Mirça Luçesku klubun azərbaycanlı futbolçusu Ramil Şeydayevi əsas komandanın Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün heyətinə cəlb edib.
Bunadək “Zenit-2″də çıxış edən R.Şeydayev hazırlıq prosesinə gedəcək 8 hücumçu sırasında yer alıb.
Xatırladaq ki, toplanış çərçivəsində “Zenit” dörd yoxlama oyunu keçiriəcək. Onlardan birinin Azərbaycan çempionu “Qarabağ” olduğu bildirilir.
Əlavə edək ki, R.Şeydayev Azərbaycan millisində oynamaqdam imtina edərək Rusiya yığmasını seçib.