İspaniya və Xorvatiya 1/8 finalda, Türkiyə ilk qələbəsini qazandı - YENİLƏNİB

00:50 22 İyun 2016

Bu gün Avropa çempionatında qrup mərhələsinin üçüncü turu çərçivəsində daha 4 oyun keçiriləcək. 

 

Sportarena.az xəbər verir ki, C və D qrupunun taleyi həll olunacaq.


Qarşılaşmalardan ikisi 20:00-da, digər ikisi isə 23:00-da start götürəcək.


İlk olaraq C qrupunda Ukrayna Polşa ilə, Almaniya isə Şimali İrlandiya ilə qarşılaşacaq. Hər iki matç saat 20:00-da start götürəcək.


Günün son matçları ilə saat 23:00-da keçiriləcək. Belə ki, D qrupunda keçiriləcək qarşılaşmalarda Xorvatiya İspaniya ilə, Türkiyə isə Çexiya ilə qarşılaşacaq. Qardaş ölkənin komandası cüzi şanslarını davam etdirmək üçün mütləq ən az 2 top fərqi ilə qalib gələrək qrupda 3-cü yeri tutmalıdırlar. "Ay-ulduzlular" öz üzərilərinə düşən vəzifəsni yerinə yetirdikdən sonra digər matçların nəticələrini gözləyəcək.

 

C qrupu
20:00. Ukrayna – Polşa  0:1

Qol: Blaşçikovski, 54, (0:1)
Baş hakim: Sveyn Oddvar Moen
Yan xətt hakimləri: Kim Tomas Haqlund, Frank Andas
Əlavə köməkçi hakimlər: Ken Henri Yonsen, Sveyn Erik Edvartsen (hamısı Norveç)
Dördüncü hakim: Hüseyn Göçek (Türkiyə)
 


20:00. Şimali İrlandiya – Almaniya  0:1

Qol: Mario Qomez, 30, (0:1)
Baş hakim: Klemen Turpin
Yan xətt hakimləri: Frederik Kano, Nikolas Danos
Əlavə köməkçi hakimlər: Benoy Bastien, Fredi Fotrel (hamısı Fransa)
Dördüncü hakim: Slavko Vinçiç (Sloveniya)


D qrupu
23:00. Çexiya – Türkiyə 0:2
Baş hakim:
Villaim kollum (Şotlandiya)
Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Maden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Sergey Lapoçkin (Rusiya)
 


23:00. Xorvatiya – İspaniya 2:1
Baş hakim:
Byörn Kupers
Yan xətt hakimləri: Sander van Rokel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (hamısı Hollandiya)
Dördüncü hakim: Viktor Kassai (Macarıstan)


Digər xəbərlər

Xəbər xətti