Bakıda Dünya Kuboku yarışları start götürdü

13:59 21 İyun 2016

Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planina əsasən Bakıda 15 Olimpiya atıcılıq növü üzrə dünya kuboku yarışı başlayıb.


Sportarena.az  xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən dünya reytinq cədvəlində xüsusi yer tutan yarışda 80 ölkədən 1013 idmançı mübarizə aparır. Dünya kuboku Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları ərəfəsində son mərhələdir.


İyunun 29-da başa çatacaq dünya kuboku yarışı Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və “Qəbələ” Atıcılıq Klubunun dəstəyi ilə təşkil olunub.


Sentyabrın 16-dan 23-dək isə “Qəbələ” atıcılıq klubunda ənənəyə əməl olaraq Olimpiya atıcılıq növləri üzrə dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti