"Zirə"nin salvadorlu futbolçusu Nelson Bonillanın Portuqaliyanın "Nasional" klubuna keçidi rəsmiləşib.
Sportarena.az xəbər verir ki, Portuqaliya çempionatında son mövsümü 11-ci pillədə tamamlayan "Nasional" klubu futbolçu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Nelson Bonilla son mövsümü "Zirə"nin heyətində keçirmiş və 14 qol vurmuşdur.