"DÇ-2018"in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransada səfərdə olan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki daha bir oyunu izləyib.
Sportarena.az xəbər verir ki, millimizin baş məşqçisi bu dəfə rəqibimizin matçını izləmək üçün Paris şəhərinə yollanıb. O, "Park de Prins" stadionunda Almaniya – Şimali İrlandiya oyununu izləyib.