Bu gün Avropa çempionatında qrup mərhələsinin son oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, bu gün E və F qruplarında keçiriləcək görüşlərlə 1/8 finalçıların adlarına aydınlıq gələcək.
Günün ilk matçları F qrupunda keçiriləcək. Bu qrupda qarşılaşacaq olan İslandiya - Avstriya və Macarıstan - Portuqaliya matçlarında, son tur öncəsi 1/8 finala çıxmaq istəyən komanda mütləq qələbə qazanmalıdır.
Turun və günün son oyunları isə E qrupunda gerçəkləşəcək. Burada İtaliya İrlandiya ilə, Belçika isə İsveçlə qarşılaşacaq.
F qrupu
20:00. İslandiya - Avstriya 2:1
Baş hakim: Şimon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviç
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial (hamısı Polşa)
Dördüncü hakim: Mark Klattenburq (İngiltərə)
Sen-Deni. “Stad de Frans”
20:00. Macarıstan - Portuqaliya 3:3
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mellerki, Stefen Kild
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Lion. Şəhər stadionu
E qrupu
23:00. İtaliya - İrlandiya 0:1
Baş hakim: Ovidiu Hateqan
Yan xətt hakimləri: Oktavian Șovre, Sebastian George
Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Kolţesku (hamısı Rumıniya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Lill. “Pyerr Morua” stadionu
23:00. İsveç - Belçika 0:1
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Matey Yuq (Sloveniya)
Nitsa. Şəhər stadionu