Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir.
Sportarena.az xəbər verir ki, 66 kq çəki dərəcəsində  mübarizə aparan yunan-Roma güləşçimi Sənan Süleymanov 1/8 final mərhələsinin görüşünə çıxıb. 
                       
                                               
                        
 
                
                              
O, sözügedən turda Ermənistanı təsmil edən Malxas Amoyanla üz-üzə gəlib.  
                       
                                               
 
                
                              
İdmançımız rəqibini 9:6 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Güləşçimiz 1/4 final mərhələsində Slovakiya təmsilçisi Leos Drmola üzərində 10:2 hesablı qələbə qazanaraq yarımfinala adlayıb.  
                       
                                               
 
                
                              
Qeyd edək ki, yarımfinal mərhələsində Sənan Süleymanovun rəqibi Ukrayna təmsilçisi Pərviz Nəsibov olacaq.