Lionel Messi Argentina millisinin tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçu buna Amerika kubokunun yarımfinalında ABŞ-la keçirilən oyunda (4:0) nail olub.
Belə ki, 28 yaşlı futbolçu sözügüdən matçda fərqlənərək qol Argentina millisində vurduğu qolların sayını 55-ə yüksəldib. Bununla da, Messi Argentina millisinin ən çox qol vuran futbolçusu Qabriel Batistutanı geridə qoyub.
Qeyd edək ki, Q.Baristuta 54 qolla Argentina millisinin ən məhsuldar oyunçusu idi.