Avropa Liqasınını 1-ci təsnifar mərhələsində “Qəbələ”nin rəqibi ola Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Giya Tsetsadze açıqlama verib.
Sportarena.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis şansları bərabər sayıb:
“Qəbələ” ötən il Avropa Liqasının qrup mərhələsində çıxış edib. Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub. Lakin onlar haqqında başqa heç nə bilmirik. Fikrimcə, bizim şanslarımız bərabərdir. Nələrin olacağını meydanda görəcəyik. Albaniyanın “Kukesi” klubu ilə yaxşı oynadıq. Amma bu o demək deyil ki, “Qəbələ”yə qarşı eyni cür çıxış edəcəyik. “Qəbələ” orta səviyyəli komandadır. Güclü də deyil, zəif də. Püşk normal rəqiblə bizi üz-üzə qoydu. Avropa Liqasının qrupunda oynayacağımızı gözləmirəm. Amma irəliləmək lazımdır”.
Qeyd edək ki, “Qəbələ” və “Samtredia” arasında ilk görüş 30 iyun saat 21:00-da “Bakcell Arena”da keçiriləcək. Cavab matçı isə iyulun 7-də Gürcüstanda olacaq.