"Avro-2016"nın E qrupunda keçirilən İtaliya – İrlandiya matçının (0:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, İrlandiya millisinin futbolçusu Robbi Bredi matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, İtaliya ilə görüşün 85-ci dəqiqəsində fərqlənən Bredi komandasını 1/8 finala yüksəldib.