"Mançester Yunayted"in əfsanələrindən hesab olunan Pol Skoluz karyerasını bərpa edib.
Sportarena.az xəbər verir ki, Skoulz Hindistan çempionatında çıxış edəcək. Ancaq o, böyük futbola qayıtmayıb, futzalda qüvvəsini sınayacaq.
Belə ki, Hindistanın futzal liqasına rəhbərlik edən Luiş Fiqu onu yerli komandaların birində oynamağa razı sala bilib. Fiqu Dekunu və məşhur futzalçı Falkaonu da Hindistana getməyə razı sala bilmişdi.
Qeyd edək ki, 1993-cü ildən 2013-cü ilədək "Mançester Yunayted"in şərəfini qorumuş yarımmüdafiəçi "qırmızı şeytanlar"ın formasında 718 oyun keçirmiş və 155 qol vurmuşdur.