Kan: "Konte Türkiyədən qisasını aldı"

01:09 24 İyun 2016

Almaniya millisinin əfsanəvi qapıçısı  Oliver Kan maraqlı açıqlama verib.

 47 yaşlı veteran futbolçu “Avro-2016”nın E qrupunda İtaliya millisinin Belçikaya qəsdən uduzduğunu iddia edib.

O, bunu İtaliya millisinin baş məşqçisi Antonio Konteninin türklərdən qisas alması ilə əlaqləndirib:

“Konte “Qalatasaray” – “Yuventus” oyununu unutmamışdı. Həmin vaxt “Yuventus”u çalışdıran Konte Sneyderin vurduğu qolun heyfini çıxdı. İtaliyanın qapıçısı topu qaytarmaq istmədi. İtaliya millisi qələbə qazanmaq istəmirdi”.

Qeyd edək ki, 2013-cü ildə Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qalatasaray” – “Yuventus” oyununda türklər Uesli Sneyderin qolu ilə qələbə qazanaraq 1/8 finala çıxmışdı.


Digər xəbərlər

Xəbər xətti