Azərbaycan güləşçiləri Rio-2016-ya ABŞ və Mərakeş idmançıları ilə birgə hazırlaşır

13:57 24 İyun 2016

Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri məşqlərini Göygöl Olimpiya İdman Kompleksində davam etdirir. 


Sportarena.az xəbər verir ki, iyunun 20-dən növbəti təlim-məşq toplanışına qoşulan yunan-Roma güləşi yığmamızla birgə ABŞ və Mərakeş güləşçiləri də Göygölə səfər edib. Toplanışda ABŞ yığmasının 9, Mərakeş komandasının isə 4 üzvü iştirak edir. 


Təlim-məşq toplanışı iyulun 4-dək davam edəcək. Ardınca yığma komandamızın üzvlərinin daha bir sınaq turnirində iştirakı gözlənilir.  


Məlumat üçün bildirək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14-21 avqust tarixlərində baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti