Loran Blan PSJ-dən getdi

15:11 24 İyun 2016

PSJ-nin baş məşqçisi Loran Blan klubla əməkdaşlığın sona çatmasını bildirən razılaşmaya imza atıb. 


Bu barədə  "L’Equipe" nəşri məlumat verib.


Yaxın müddətdə 50 yaşlı mütəxəssisin gedişi ilə bağlı rəsmi məlumat veriləcək. Blan 22 milyon avro kompensasiya alacaq. Bu təzminat fevralda artırılan müqaviləyə əsasən ödəniləcək.


Çox güman ki, yaxın günlər ərzində "Sevilya"nın keçmiş çalışdırıcısı Unai Emeri komandaya baş məşqçi təyin ediləcək.


Digər xəbərlər

Xəbər xətti