Fatih Terim Türkiyə millisi ilə bağlı qərarını verdi

15:34 24 İyun 2016

“Qalatasaray”ın sükanı arxasına keçəcəyi gözlənilən Türkiyə millisinin baş məşqçisi Fatih Terim postunda qalmaqla bağlı qərar qəbul edib.


Sportarena.az xəbər verir ki, o, qərarını Fransada olarkən millinin futbolçularına belə açıqlayıb: “Hamınıza təşəkkür edirəm. Şansımız olsaydı, turnirdə mübarizəmizi davam etdirə bilərdik. Qarşıdan bizi dünya kubokunun seçmə mərhələ oyunları gözləyir. Hamınız tətilinizi edin və oynadığınız liqanın oyunlarına hazırlaşın, hazırlaşın ki, seçmə mərhələni uğurla başa vuraq”. 


Terimin bu qərarı isə “Qalatasaray”ın sükanının hollandiyalı futbol mütəxəssisi Yan Olde Riekerinkə əmanət edilməsi ilə nəticələnib.


Digər xəbərlər

Xəbər xətti