100-dən artıq futbolçu İngiltərə Premyer Liqasında çıxış etmək hüququnu itirə bilər.
  
                       
                                                
                        
 
                
                              
Buna səbəb İngiltərənin Avropa İttifaqından (Aİ) çıxmasıdır.
  
                       
                                               
                        
 
                
                              
Aİ-yə daxil olan ölkələrin futbolçularının Premyer Liqada çıxışı sərbəst olsa da, ittifaqdan kənar ölkələrin oyunçuları bunun üçün öz ölkələrinin yığmalarında müəyyən qədər oyun keçirməlidirlər.
  
                       
                                               
 
                
                              
Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra İngiltərədə işə götürülmə üçün qaydaların futbolçulara münasibətdə yumşaldılacağı gözlənilir.
 
