İyunun 25-26-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqası yarışlarının yarımfinal mərhələsinin oyunlarını keçirəcək.
Sportarena.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq yarımfinal oyununda millimiz Yunanıstan yığması ilə qarşılaşacaq. Millimiz qalib gələcəyi təqdirdə finalda Slovakiya-Sloveniya görüşünün qalibi ilə qarşılaşacaq. Avropa Liqasının mahiyyətini artırmaq üçün bu ildən birinci yerin sahibi gələn il keçiriləcək Dünya Qran-prisinə vəsiqə qazanacaq.
Hazırda millimizin heyətinə gənc oyunçular cəlb edilib. Əsas məqsəd Avropa Liqasının finalına yüksəlmək, gələn il IV İslam Həmrəylik Oyunlarında və paytaxtımızda keçiriləcək Avropa çempionatının final mərhələsində ölkəmizi layiqincə təmsil etməkdir.(Azərtac)