Bakıda keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində iyunun 25-də daha bir yarımfinal döyüşü baş tutub.
Sportarena.az xəbər verir ki, yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Rüfət Hüseynov meksikalı Xoselito Velaskes Altamirano ilə qarşılaşmada qələbə qazanaraq “Rio-2016”ya lisenziyanı təmin edib.