Türkiyənin "Beşiktaş" klubunun daha bir futbolçusu komandanı tərk edib.
Sportarena.az xəbər verir ki, klub rəhbərliyi müqaviləsi başa çatmış hücumçu Mustafa Pektemeklə yollarını ayırıb.
Qeyd edək ki, 2011-ci ildən İstanbul klubunda çıxış edən 27 yaşlı futbolçu “qara qartallar”ın heyətində 89 oyuna çıxıb və 17 qol vurub.