Obameyanqın arzusu: "İspaniyada oynamağın xəyallarını qururam"

10:28 25 İyun 2016

“Borussiya” Dortmund klubunun hücumçusu Pyer Obameyanq ən böyük arzusunun İspaniyada oynamaq olduğunu açıqladı. Mətbuata müsahibəsində qabonlu futbolçu bunları söyləyib:

“İspaniyada oynamaq mənim ən böyük arzumdur. Bunu mən uşaqlıqdan arzu edirəm. Çünki ailəm orada yaşayır və özümü orada daha rahat hiss edirəm”.

2020-ci ilə dortmundlularla müqaviləsi olan Obameyanq ötən mövsüm meydana çıxdığı 49 oyunda 39 qola imza atmışdı.


Digər xəbərlər

Xəbər xətti