İdmançımız 750 kq-ı qaldıraraq Avropa çempionu oldu

14:14 25 İyun 2016

Azərbaycanlı idmançı Avropa çempionu olub. 


Sportarena.az xəbər verir ki, Böyük Britaniyanın Stouk-on-Trent şəhərində keçirilən pauerliftinq üzrə Avropa çempionatında gərgin mübarizəyə və ciddi zədələrə baxmayaraq soydaşımız Fərəc Cəlilov birinci yerə layiq görülüb.


Fərəc ölkəmizi 90 kq çəki dərəcəsində təmsil edərək “squat” hərəkətində 250 kq, “bench-press” 190 kq, “deadlift” 310 kq qaldırıb 750 kq ümumi nəticə ilə Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində ucaldıb. 


Yarışda 22 ölkə, 500-ə yaxın idmançı iştirak edib. Azərbaycan Pauerliftinq yığmasının üzvü Fərəc Cəlilov 2012-ci ildə gənclər arası pauerliftinq üzrə hətta mütləq Avropa və Dünya Çempionu titulunu qazanıb və Dünya rekorduna imza atıb. (ANS)


Digər xəbərlər

Xəbər xətti