Boksçularımız Rio Olimpiadasına tam heyətlə yollanacaqlar

15:58 25 İyun 2016

Bakıda keçirilən və Olimpiadaya lisenziya xarakterli boks üzrə dünya təsnifat turnirinə iyunun 25-də final döyüşləri ilə yekun vurulacaq.


Sportarena.az xəbər verir ki, kişilərdən ibarət boks yığmamız Olimpiadaya tam heyətlə yollanacaq. Belə ki, 75 kiloqram çəki dərəcəsində təmsilçimiz Kamran Şahsuvarlı da artıq lisenziya qazanıb. Bunun üçün Kamranın dörddəbir finalda uduzduğu Maykl Oreylli finalda türkmənistanlı Aslanbek Açilovu məğlub etməli idi. İlk “beşliy”in Rioya vəsiqə qazandığı çəki dərəcəsində çempion məhz Oreylli olub. Belə ki, Açilov Oreylli ilə həlledici qarşılaşmaya çıxmaqdan imtina edib. Nəticədə Kamran Şahsuvarlı da Rio Olimpiadasına lisenziya əldə edib.


Axşam proqramında Azərbaycan yığmasının boksçuları daha iki çəki dərəcəsində həlledici döyüşə çıxacaqlar.


Ölkəmizi təmsil edən Rüfət Hüseynov (49 kq) ispaniyalı Samuel Karmona ilə üz-üzə gələcək. Hər iki boksçu Olimpiya lisenziyasını təmin etdiyindən, bu görüş formal xarakter daşıyır. Lakin boksçumuz doğma divarlar arasında rinqə çıxacağından, yarışı çempion kimi başa vurmağı hədəfləyib.


Son iki görüşü döyüşmədən keçirən və Rioda Azərbaycan yığmasının bayraqdarı olmağa yeganə namizəd - Teymur Məmmədov (81 kq) finalda almaniyalı Serge Mixellə görüşəcək.


Digər xəbərlər

Xəbər xətti