"Vest Hem" Avropada yay transfer pəncərəsinin ən bahalı transferlərindən birini edə bilər. ANS
Sportarena.az xəbər verir ki, Premyer Liqa klubu Aleksandre Lakazetteyə elçi düşüb.
"Vest Hem" bu futbolçu üçün Lion "Olimpik"inə 52 milyon avro təklif etməyə hazırdı. Məlumata görə, Premyer Liqa təmsilçisi qarşı tərəfə rəsmi təkliflə müraciət etməyə hazırlaşır.