Millimiz Yunanıstana qalib gəldi

01:04 26 İyun 2016

İyunun 25-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqası yarışlarının yarımfinal mərhələsində ilk oyununu keçirib.


Sportarena.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində millimiz Yunanıstan yığması ilə qarşılaşıb.


Serbiyalı baş hakim Nenad Davidoviçun idarə etdiyi oyunun ilk seti millimizin 25:23 hesablı üstünlüyü ilə başa çatıb. İkinci setdə də voleybolçularımız fərqləniblər – 25:21. Üçüncü setdə Yunanıstan millisi hesab arasındakı fərqi azaldıb – 25:23. Dördüncü setdə Azərbaycan voleybolçuları 25:19 hesabı ilə qalib gəlməklə matçın taleyini həll ediblər. Beləliklə, görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, komandalar arasında cavab görüşü iyunun 26-da Bakıda təşkil olunacaq. Millimiz qalib gələcəyi təqdirdə finalda Slovakiya-Sloveniya görüşünün qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti