"Avro-2016”nın 1/8 finalında keçirilən Xorvatiya – Portuqaliya matçının (0:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Portuqaliya millisinin futbolçusu Renato Sançes matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, 18 yaşlı Sançes görüşün 50-ci dəqiqəsində meydana daxil olub.