Boks üzrə dünya çempionu dopinqdən istifadə edib?

17:10 26 İyun 2016

Super ağır çəkidə boks üzrə IBO, WBO i WBA versiyalarında dünya çempionu Tayson Fyuri dipinqdən istifadədə şübhəli sayılır. 


T. Fyuri 28 noyabr 2015-ci ildə Düsseldorfda ukraynalı Vladimir Kliçko ilə son döyüşündə qalib gəlib və IBF, IBO, WBO i WBA versiyaları üzrə dünya çempionu adı qazanıb. 


Sonradan britaniyalı boksçu IBF versiyası üzrə dünya çempionu titulundan məhrum edilib. V. Kliçko ilə T. Fyuri arasında revanş görüşün bu il iyulun 9-da Mançester şəhərində keçirilməsi nəzərdə tutulsa da, T. Fyurinin topuğundan zədə alması səbəbindən oktyabra təxirə salınıb. 


T. Fyurinin qanında qadağan edilmiş nandrolon maddəsi 2015-ci ilin martında, V. Kliçko ilə görüşdən əvvəl götürülmüş qan nümunəsində aşkarlanıb. Əgər dopinqdən istifadə faktı təsdiqlənərsə, 27 yaşlı boksçu bütün titullarından məhrum ediləcək və boks yarışlarından kənarlaşdırılacaq. 


Digər xəbərlər

Xəbər xətti